Atasının arı kimi dirildiyini düşündü - dəhşətli şəkildə öldü

14:37 08.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Atalarının arı kimi dirildiyini və onu ziyarət etdiyini zənn edən adam, təşkil etdiyi ritualla heyvanlarla danışmağa çalışarkən dəhşətli şəkildə ölüb. Ailə atalarının onlara niyə qəzəbləndiyini anlaya bilmədiklərini izah edərkən, polis hadisə ilə bağlı araşdırma başladıb.

Cənubi Afrikanın bəzi mədəniyyətlərində insanlar əcdadlarının arı və ya kərtənkələ şəklində həyata qayıtdığına inanırlar.

İnanca görə, əcdadların dirilməsinin səbəbi bilavasitə ailəni ziyarət etmək, onları ənənəvi ayinləri yerinə yetirmək üçün xəbərdar etməkdir.

Cənubi Afrikanın Qonce şəhərinin sakini, 58 yaşlı Nkosentsha Njimbana arıların yuvasını evinin kənarında görüb və bunu əcdadlarının ziyarəti kimi şərh edib.

Ənənəyə görə, arılar və ya kərtənkələlər bir ailənin evinə gələndə insanlar hansı ritualın yerinə yetiriləcəyini öyrənmək üçün xalq təbabətçilərinə müraciət edirlər.

58 yaşlı kişi də "sanqoma" adlanan ənənəvi müalicəçi ilə görüşdükdən sonra evə qayıdıb və əcdadlarının ona göndərdiyi mesajı şərh etmək üçün "ukugxotha iinyosi" ritualını yerinə yetirib.

Sözügedən ritualda ailə başçısı arılara bir stəkan qazlı su və bir boşqab şəkər və 4 gün ərzində hazırlanması lazım olan xüsusi içki təqdim edir və and içir.

Arıların ritualdan sonra dağılacağı gözlənilirdi, lakin heyvanlar dağılmaq əvəzinə Nkosentşaya hücum ediblər.

Bədbəxt kişi evində arılarla danışmaq istəyərkən dünyasını dəyişib.
Adamın qardaşı Mandla yerli mediaya "Bu, bizim ailəmizin başına gələn ən ağrılı şeydir" deyib.

"Biz başa düşmürük ki, ona niyə belə qəzəblənirlər. Qardaşım hələ də onları öz evində qonaq edib və heç vaxt onları qovmağa çalışmayıb".
Ənənəvi ekspert kimi tanınan Loyiso Nqevu News24-ə deyib ki, adam arıları tam anlamadan tələsik hərəkət edib və bu, onların qəzəblənməsinə səbəb ola bilər və hadisəni “əcdadların qəzəbi” kimi şərh edib..

Oxunma sayı 1721