Avropa Şurası nümayəndələri Laçın sərhəd-buraxılış məntəqəsi yaxınlığına gəldi - FOTO

19:55 07.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurasının nümayəndə heyəti Ermənistan ərazisindən Laçın sərhəd-buraxılış məntəqəsi yaxınlığına gəlib.

Hafta.az xəbər verir ki, erməni meediasının yaydığı məlumata görə, bu barədə Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi Arman Xaçatryan öz “Twitter” səhifəsində yazıb.

A.Xaçatryan Azərbaycan haqda hədyanlar söyləyərək  ölkəmizin “Beynəlxalq Ədalət Məhkəməsinin, AŞPA-nın bu yaxınlarda qəbul edilmiş yeni qətnaməsini yerinə yetirərək, Laçın dəhlizi ilə azad və təhlükəsiz hərəkəti təmin etməli” olduğunu qeyd edib.

Xatırladaq ki, bu günlərdə Ermənistanın Azərbaycana qarşı qaldırdığı növbəti əsassız iddiaya beynəlxalq səviyyədə rədd cavabı verilib. Dünyanın ən ali məhkəmə orqanı - Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) hesab edib ki, Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın qaldırdığı vəsatətin heç bir əsası yoxdur. Qeyd edək ki, rəsmi İrəvan müraciətində iddia etmişdi ki, Azərbaycanın 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsini yaratmaq qərarı qanunsuzdur. Bu səbəbdən də vəsatətlə məhkəməyə müraciət etmişdi.