Avstriya ictimaiyyəti Azərbaycanın haqlı mövqedə olduğunu bilir - Fərid Əzizov

17:05 14.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstər Avstriya ictimaiyyəti, istərsə də dünya ictimaiyyəti yaxşı bilir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan haqlı mövqedəydi. Azərbaycan işğal altında olan öz halal torpaqlarını azad edir və terorçuları oradan qovur.

Bu fikirləri hafta.az-a Avstriya Azərbaycanları Cəmiyyətinin sədri Fərid Əzizov deyib. Onun sözlərinə görə, hazırkı baş nazir Şallenberg bu münaqişədə orta nöqtəni götürmüşdü və iki tərəfi də sülhə səsləyirdi:.

"Hətta 2020 ci ilin oktyabr ayında Lüksenburqda keçrilən görüşdə səsləndirdiyi "İki tərəf son aylarda beynəlxalq konfransdan kənarda bir yerdə üz-üzə danışa bilsəydilər, yəqin ki, bu alovlanma baş verməzdi" ifadəsi onun bu münaqişədə fikrinin açıq şəkildə ortaya qoydu".

Siyasət rubrikasından digər xəbərlər