Avstriya kansleri korrupsiyada təqsirli bilinir

23:50 06.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstriya prezidenti Aleksander Van der Bellen ölkə prokurorluğunun kansler Sebastian Kurtsa qarşı şübhələri fonunda departamentin işini sərbəst aparmasını istəyib və bildirib ki, söhbət hələlik yalnız bir araşdırmadan gedir.

Hafta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, baş verənlərə münasibət bildirən Van der Bellen qanunverici, icraedici və məhkəmə orqanları arasında ayrılığı nəzərdə tutan qanunun aliliyinin əsaslarına güvənməyi təklif edib.

“Prokurorluğun vəzifəsi bir insanın nüfuzundan asılı olmayaraq şübhələri araşdırmaq və ittiham yaradan və bəraət qazandıran məqamları müəyyən etməkdir. Hazırda yalnız o məlumdur ki, prokurorluq araşdırma aparır”, - deyə Van der Bellenin açıqlamasında qeyd olunub.

O bildirib ki, hər kəs onun araşdırmaları ilə bağlı fikirlərini açıq şəkildə ifadə etmək hüququna malikdir və “təbii ki, məhkəmə sistemini obyektiv şəkildə tənqid etmək də olar”.