Axtarışda olan 237 nəfər sərhəddə tutulub

15:46 01.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 237 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən hafta.az-a verilən xəbərdə bildirilib.

 

Qeyd olunub ki, ölkədən çıxışı qadağan olan 537 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 17 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.