Ayvazovskinin “Aylı gecə” tablosu rekord qiymətə satıldı

10:15 23.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünya şöhrətli rus rəssam İvan Ayvazovskinin 1878-ci il tarixli “Aylı gecə” tablosu Moskva hərrac evində 92 milyon rubla (təxminən 1 milyon dollar) satılıb.

Hafta.az-ın yazdğına görə, hərracda digər sənət əsərləri də satılıb: İlya Repinin “Patriarx Filaret” tablosu 29,5 milyon rubla, Nikolas Rerixin “Himalaylar”ı 12 milyon rubla, Vasili Vereşşaqinin “Belaya Sludadakı İsgəndəriyyə Afanasi kilsəsi” 9,5 milyon rubla və Ernst Neizvestnının "Göstərən Kentavr" heykəlinin müəllif nüsxəsi 6,5 milyon rubla satılıb.

Hərrac evində satışın ümumi məbləği 235,5 milyon rubl təşkil edib.

İvan Ayvazovskinin dörd il fərqlə çəkilmiş eyniadlı tablosu 2008-ci ildə İsveçin Stokholms Auktionsverk auksionunda alınıb və əsər Rusiya Dövlət Muzeyində ekspertizadan keçirilib.

Xatırladaq ki, başqa bir “Ay işığı gecəsi” rəsmi Simferopol Dövlət Muzeyinin kolleksiyalarına daxil edilib.