Yazını böyüt
Yazını kiçilt
“Onkologiya və Nüvə Təbabəti Simpoziumunun artıq 5-ci dəfədir ölkəmizdə keçirilməsi olduqca vacib amildir”.
Bunu AZƏRTAC-a açıqlamasında 5-ci Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumunda iştirak edən Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.
O qeyd edib ki, simpoziumda onkoloji xəstəliklərlə mübarizə istiqamətində çalışan yerli və xarici ölkələrin aparıcı mütəxəssisləri iştirak edirlər: “Nüvə təbabəti dünyada diaqnostika və müalicədə geniş istifadə olunan metodlardan biridir. Bu üsulun Azərbaycanda istifadəsi ilə bağlı mütəxəssislərin öz fikirlərini bölüşməsinin olduqca vacib olduğunu düşünürəm”, - deyə baş həkim əlavə edib.