Azad olunan ərazilərdə daha 100 mina aşkarlandı

15:21 26.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə 90,8 hektar ərazi minalardan təmizlənib.

 

Hafta.az-ın məlumatına görə, Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

 

Məlumata görə, aprelin 19-dən 24-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 18 mina və 79 partlamamış hərbi sursat aşkarlanıb.

 

Nəticədə 90,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Ötən həftə 90,8 hektar ərazi minalardan təmizlənib - Gallery Image