Yazını böyüt
Yazını kiçilt
“Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb”.
“Report” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib.
“Dövlət Təhülükəsizliyi Xidmətinin Tibbi İdarəsinin tərkibində laboratoriyalarımızda 25 şəhidimizin eynilləşməsini həyata keçirmişik. Proses hələ də davam edir”, - o qeyd edib.