Yazını böyüt
Yazını kiçilt
"Ötən gün səhhətində problem yaranan jurnalist Azər Qismət Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun infarkt keçirdiyi məlum olub və ürəyindən əməliyyat olunub".
Bu barədə hafta.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.
O bildirib ki, hazırda A. Qismətin vəziyyəti normaldır:
“Hazırda müalicə alır. Telefonla əlaqə saxladım, özünü yaxşı hiss etdiyini dedi. Bu gün, ya da sabah evə buraxılacaq”.
Qeyd edək ki, Azər Qismət hazırda Azərbaycan Dövlət Televiziyasında çalışır.