Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb

13:23 04.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

 

Təlim oktyabrın 8-dək davam edəcək.