Azərbaycan Assosiasiyasından Cənubi Qafqazda sülhün bərpası üçün yeni layihə

18:00 27.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi Dərnəyi Qarabağın Ermənistanın işğalından azad edilməsindən sonra Cənubi Qafqazda başlayan dostluq mühitinin yaradılması səylərinə dəstək verib.

Dərnəkdən Hafta.az-a verilən məlumata əsasən, Azərbaycanın əzəli torpaqları olan Qarabağın 44 günlük savaş nəticəsində işğaldan azad edilməsi zamanı həyata keçirdiyi “Əsassız erməni iddiaları ilə mübarizə layihəsi” ilə Türkiyə və Azərbaycan ictimai rəyində böyük təəssürat yaradan dərnək indi də Cənubi Qafqaz əsən dostluq və sülh küləklərini dəstəkləmək üçün bir layihə həyata keçirdi. Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi Dərnəyindən sonra Türkiyə Daxili İşlər Nazirliyi ilə birlikdə 2020-ci ildə “Əsassız erməni iddiaları ilə mübarizə layihəsi” və 2021-ci ildə “Erməni diasporunun böhtanlarına cavab” layihəsi uğurla başa çatdırılıb. Bu dəfə isə “Türkiyə, Azərbaycan və Ermənistan dostluq layihəsini həyata keçirir.

Görülən işlərlə bağlı bu gün keçirilmiş mətbuat konfransında çıxış edən Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi Dərnəyinin rəhbəri Bilal Dündar deyib: “Sülhə gəlməyi bilməyənlər, savaşmağı da bilməzlər. İnanıram ki, bu, Azərbaycanla Ermənistan arasında ikitərəfli münasibətlər normallaşanda və erməni diasporu Türkiyəyə qarşı ədalətsiz qarayaxma kampaniyalarından əl çəkəndə baş verəcək. Aydındır ki, erməni diasporunun Qərbdə, yerləşdikləri ölkələrin maraqlarına uyğun və imperialistlərin məqsədlərinə xidmət edən iddia və bəyanatları Qafqazda sülhə, qonşumuz Ermənistana və erməni xalqına xidmət etmir. Bundan ən çox əziyyət çəkənlər isə elə ermənilərin özləridir. Ümid edirəm ki, Qarabağ torpaqları Azərbaycana qaytarılandan sonra yaranan sülh prosesini vətəndaş cəmiyyəti olaraq dəstəkləmək məqsədilə həyata keçirdiyimiz “Türkiyə, Azərbaycan və Ermənistan dostluğu layihəsi” həm xalqlarımıza, həm də bizim üçün faydalı olacaq".

Daha sonra söz alan layihə koordinatoru Alptekin Cevhərli əslində tarixi faktlar işığında hərəkət etməklə bütün problemlərin həll oluna biləcəyinə diqqət çəkib. Bildirib ki, bu gün Cənubi Qafqazda sülh mühiti bərqərar olub. "Azərbaycanın işğal altındakı torpaqları azad etməsiylə yaranan sülhün qalıcı olması üçün hər kəsin üzərinə böyük məsuliyyət düşür. Hərbi yolla təmin edilən sülhün davam etməsi üçün ona sosial və psixoloji dəstək verməklə mümkündür. Bu bir həqiqətdir ki, Osmanlı İmperiyası dövründə Qərb dövlətlərinin öz imperialist maraqları ucbatından həyata keçirdikləri missionerlik fəaliyyəti nəticəsində o dövrün müharibə şəraitini qiymətləndirərək meydana çıxan erməni quldur dəstələri təkcə müsəlman türk xalqına qarşı deyil, həm də Qriqoryan ermənilərinə böyük zərər veriblər. İmperialist ölkələrin məqsədləri ucbatından yaranmış bu vəziyyət ictimai sülh və əmin-amanlığa xələl gətirməklə yanaşı, dövlətimizin zəifləməsinə, milyonlarla vətəndaşımızın dərin iztirablara məruz qalmasına səbəb olub. Aydındır ki, bu gün də Qərb paytaxtlarından Türkiyə və Azərbaycana qarşı kampaniyalar aparan bu dövlətlərin nəzarətindəki “diaspor” adı altında fəaliyyət göstərən təşkilatlar ən böyük zərəri Cənubi Qafqazda yaşayan ermənilərə vururlar. Bu səbəbdən də, 150 il əvvəl bölgədə mövcud olan min illərə dayanan sülhün bərpası üçün xalqın maarifləndirilməsi və imperialist güclərin əlinin bölgədən çəkilməsi lazımdır”, - deyib A.Cevhərli.

Daha sonra layihə çərçivəsində keçiriləcək beynəlxalq konfrans, nəşr olunacaq kitablar və digər görüləcək işlər barədə məlumat verilib.