Azərbaycan Avropa İnstitutlarını “pat” vəziyyətində salıb - Tural Gəncəliyev

11:47 05.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in bəzi institutları vaxtilə milyonlarla pullar alaraq bölgədə münaqişənin saxlanması üçün parazitlik edirdlər. Biz həmin qüvvələrin planlarını bölgədə yeni reallıqlar yaradaraq alt-üst etdk. Bizim bu addımlarımız Avropa İnstututlarını pat vəziyyətinə salıb.

Hafta.az xəbər verir ki,bunu Milli Məclisin bugünkü iclasında deputat Tural Gəncəliyev bildirib.
Deputat qeyd edib ki, bu gün Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli hesabatı vaxtiə Azərbaycanda vəziyyətin gərginləşməsinə çalışan ATƏT-in bəzi institutlarının fəaliyyətini xatırladır.

Azərbaycanın 44 günlük savaşda öz sözünü ləyaqətlə dediyini xatırladan deputat bu cür maraqlı güclərin heç nəyə nail ola bilməyəcəyini bəyan edib.

Avropanın, Qərbin ölkəmizə qarşı sərgilədiyi qərəzli münasibətə baxmayaraq Azərbaycanın Asiya Parlamenti kontekstində, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı müstəvisində öz yolunu uğurla davam edəcəyinə inandığını bildirib.