Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq idman yarışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Twitter" hesabında bildirib.
"Son günlər Ermənistan tərəfindən sərgilənən davranışlar, dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə insanlığa sığmayan işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz. Qınayırıq", - deyə səfir əlavə edib.