Azərbaycan hərbçiləri "Mavi Balina - 2024" təlimində iştirak ediblər

17:33 15.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aralıq dənizinin şərqində Türkiyə Respublikasının Silahlı Qüvvələrinin təşkilatçılığı ilə "Mavi Balina - 2024" təlimi keçirilib.

Hafta.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimdə ümumilikdə 13 ölkədən 62 dəniz və hava qüvvə və vasitələri təlim tapşırıqlarını icra edərək, sualtı müdafiə döyüşlərinə, eləcə də müştərək dəniz əməliyyatlarına aid bilik və bacarıqlarını təkmilləşdiriblər.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu "Mavi Balina - 2024" təlimində müşahidəçi qismində iştirak edib.