Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində finala çıxıb

13:40 02.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Rusiyanın Moskva şəhərində keçirilən “Tank biatlonu” müsabiqəsində mübarizə aparan Azərbaycan tankçıları finala vəsiqə qazanıb.

Azərbaycan tankçıları sentyabrın 4-də Alabino poliqonunda keçiriləcək müsabiqənin final mərhələsində Rusiya, Çin və Qazaxıstan tankçıları ilə mübarizə aparacaq.

Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.