Yazını böyüt
Yazını kiçilt
Bu gün Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında yarımfinal oyunları keçirilib.
Hafta.az bildirir ki, Azərbaycan komandası Serbiya ilə qarşılaşıb.
Qeyd edək ki, millimiz son Dünya çempionu, serblər isə son Avropa çempionlarıdır.
Oyunun əsas vaxtı bərabərliklə yekunlaşıb - 1:1. Qalibi müəyyənləşdirmək üçün komandalar 7 metrlik cərimə zərbələri vurublar. Burda isə komandamız qalib gəlib - 3:1.
Beləliklə, millimiz finala vəsiqə qazanıb. Finaldakı rəqibimiz isə Ukrayna yığmasıdır. Onlar bu gün Macarıstanı məğlub ediblər – 5:1.