“Bir axşamın sehrli səsi” adlı hesabat konserti - FOTO

20:44 03.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Muğam Mərkəzində Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdlərinin “Grandiozo” kamera orkestrinin müşayiəti ilə “Bir axşamın sehrli səsi” adlı hesabat konserti reallaşıb.

Hafta.az xəbər verir ki, tədbirdə çıxış edən musiqi məktəbinin direktoru Sevil Ələkbərova konsert proqramı barədə fikirlərini söyləyib.

Hesabat konsertində məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə səsləndiriblər.

Proqramda ümumilikdə 23 musiqi nömrəsi nümayiş olunub.