Yazını böyüt
Yazını kiçilt
Bəhreyndə ölkə ərazisində hava həyəcanı siqnalları işə düşüb. Ölkənin Daxili İşlər Nazirliyi əhalini sakit qalaraq ən yaxın sığınacaqlara getməyə çağırıb.
Hafta.az Bəhreyn mediasına istinadla xəbər verir ki, xəbərdarlıq regiondakı gərginlik fonunda edilib. Bildirilib ki, son günlər Hörmüz boğazı ətrafında vəziyyət yenidən kəskinləşib və tərəflər arasında qarşılıqlı hücumlar qeydə alınıb.
Nazirlik vətəndaşlara vəziyyətlə bağlı məlumatları yalnız rəsmi mənbələrdən izləməyi tövsiyə edib.