Soçidə 29 reys təxirə salınıb

12:07 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Soçi Beynəlxalq Hava Limanında 29 reys təxirə salınıb.

Hafta.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, gecikmələr həm yola salınan, həm də qəbul edilən reysləri əhatə edir. Təxirəsalmaların müddəti bir saatdan dörd saata qədər dəyişir.

Məlumata görə, son günlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Soçi hava limanında təyyarələrin enişi və qalxmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.