Yazını böyüt
Yazını kiçilt
Konqoda Ebola virusu səbəbindən həyatını itirənlərin sayı 930 nəfərə çatıb.
Hafta.az Konqo Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, indiyədək ölkədə virusa 2344 yoluxma halı təsdiqlənib. Son 24 saat ərzində daha 37 nəfərin ölümü qeydə alınıb ki, bu da bir gündə olan ən yüksək göstəricilərdən biridir.
Bildirilir ki, mayın 15-də Konqonun şərqində elan olunan Ebola epidemiyasının “Bundibugyo” ştamı daha sürətlə yayılır. Bu ştama qarşı hazırda təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil.