Azərbaycan nefti cüzi ucuzlaşıb

11:07 23.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Hafta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,56 ABŞ dolları və ya 3% azalaraq 83,17 ABŞ dollarına enib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.