Azərbaycan Ordusunun atəş açması ilə bağlı məlumat yalandır - MN

12:30 17.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun atəş açması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin məlumatı yalandır.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində atəş açılması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır, həqiqəti əks etdirmir", - nazirliyin açıqlamasında deyilir.

Siyasət rubrikasından digər xəbərlər