Azərbaycan Ordusunun Ermənistandakı yaşayış məntəqələrini atəşə tutması xəbəri yalandır - MN

09:55 05.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Hafta.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - qurumdan bildirilib.