Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

09:06 24.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.