Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının ideya müəllifidir - Çingiz Qənizadə

19:35 30.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı öz işinə başlayıb. Konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.  Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyəti ekspertlər tərəfindən yüksək dəyərləndirilir.

Hüquqşünas, siyasi şərhçi Çingiz Qənizadə hafta.az-a şərhində qeyd edib ki, Azərbaycan 2011-ci il may ayının 26-dan Qoşulmama Hərəkatının tam bərabərhüquqlu üzvüdür. Ç.Qənizadə bildirib ki,əgər nəzərə alsaq ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra 2-ci ən böyük bir təşkilatdır,  özündə 120 dövləti, o cümlədən 17 müşahidəçi dövlət və 10 müşahidəçi təşkilatı birləşdirir, o zaman onun təşkil etdiyi konfransın əhəmiyyətlilik dərəcəsi bir daha bariz görünür.

“Azərbaycan hazırda Qoşulmama Hərəkatına sədrlik edir və cənab Prezident təşkilatın sədridir. 2021-ci ilin noyabr ayının 29-da cənab Prezident İlham Əliyevin sədrliyi qismində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib. Və bu gün artıq Azərbaycanda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk konfransı keçirilir və bu konfrans dünyada sülhün və dayanıqlı sülhün təşviqində millli parlamentlərin rolunun gücləndirilməsi mövzusunu önə çəkəcək”.

Ç.Qənizadə konfransda 40-dan çox dövlətin parlament nümayındə heyətinin, 9 beynəlxalq parlament təşkilatının nümayndələrinin iştirak edəcəyini, burda təşkilatın İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağının təsdiq ediləcəyini, “Bakı Bəyannaməsi”nin qəbul olunacağını, qurumun sədri və sədr müavinlərinin seçiləcəyini mühüm amil kimi vurğulayıb.

“Belə bir tədbirin Azərbaycanda olması bir daha onu göstərir ki, Azərbaycan Prezidenti bu təşkilatın sədri olmaqla, eyni zamanda Parlament Şəbəkəsinin yaradılmasının da ideya müəllifidir. Bu gün bütün dünyanın gözü Azərbaycana dikiləcək. Bu 3 gün ərzində iştirakçıların həm də Şuşaya səfər etməsi və yol böyu erməni vandalizminin şahidi olmaları vacib məqamdır və ona görə də bu səfərin qrafikə salınmasını olduqca doğru hesab edirəm”.

Ç.Qənizadə qeyd edib ki, Prezident Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra təkliflər irəli sürmüşdü.

“Hələ pandemiya dövründə vaksinlərin bərabər sayda paylanılmaması ilə bağlı narahatlıqları dilə gətirmişi. BMT-nin xüsusi sessiyasının çağrılması  təşəbbüsü gündəmə gətirilmişdi. Hesab edirəm ki,  Azərbaycan və onun prezidenti bu təşkilata rəhbərlik etdiyi dövrdə həm bu təşkiat üçün töhfə verməyi bacardı, eyni zamanda Azərbaycan dövləti bundan yararlanaraq təşkilatın nizamnaməsinə uyğun olaraq özünün də dünyaya tanıdılmasına nail ola bildi. Qeyd edim ki, 44 günlük müharibə zamanı Azərbaycana qarşı BMT səviyyəsində qətnamənin qəbul olumasına çalışan  bir neçə dövlətin arzusu məhz Qoşulmama Hərəkatı üzvlərinin orada Azərbaycanın haqq işinin dəstəkləməsi və bu sənədin əleyhinə səs vermələri nəticəsində baş tutmadı. Bu baxımdan hesab edirəm ki, Azərbaycan heç bir bloklara qoşulmadan doğru və düzgün siyasət yeridir. Bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə toxunulmaması, demokratiya və insan haqlarının inkişafı çərçivəsində Azərbaycanın Qoşulmama Hərəkatında olması Azərbaycanın düşünülmüş ağıllı siyasətinin nəticəsidir”.

Oxunma sayı 56
Siyasət rubrikasından digər xəbərlər