Azərbaycan Prezidenti Şuşa Bəyannaməsini təsdiqləyib

14:12 12.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Hafta.az-ın xəbərinə görə, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq olunub.