Azərbaycan Qoşulmama Hərəkatının qlobal proseslərə təsirini gücləndirdi - Yeganə Hacıyeva

14:00 06.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan olaraq tək regionda deyil, dünyada rifah, sülh və stabilliyin dəstəkçisi rolunda çıxış etdik. Qoşulmama Hərəkatı üzv dövlətlər Azərbaycana hərəkata əlavə 1 il daha sədrlik etmək barədə müraciət ünvanladılar. Bu müraciəti Azərbaycan Prezidentinin qlobal liderlik səylərinə verilən yüksək  qiymət olaraq, Azərbaycana olan etimadının, inamının ifadəsi kimi qəbul etməliyik”.

Bunu hafta.az-a Qoşulmama Hərəkatının zirvəsində iştirakçı olan (QH) politoloq Yeganə Hacıyeva bildirib.

Y.Hacıyeva BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi Assambleyanın 31-ci xüsusi sessiyasına diqqət şəkib. Politoloq həmin sessiyada dünya liderlərinin, BMT rəsmiləri və ekspertlərinin COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə etdiyini önə çəkib və sessiyada BMT Baş Assambleyasının Prezidenti, BMT Baş katibi, İqtisadi və Sosial Şuranın və Təhlüksizlik Şurasının prezidentləri, Qoşulmama Hərəkatı Təşkilatının sədri çıxış edərək daha sonra dünya liderlərinin pandemiya ilə mübarizə təcrübələri və COVID-19-la bağlı ehtiyaclar barədə mesajları təqdim edildiyini vurğulayıb.

Poitoloq qeyd edib ki, pandemiyanın dünyada  yaratdığı  iqtisadi böhran, gələcək nəsilin inkişaf böhranı, humanitar böhran və insan haqları böhranı uzun illər aradan qaldırılmayacaq fəsadları labüd idi. Onun fikrincə, böhranın aradan qaldırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının iki günlük  xüsusi iclası  həll edici rol oynadı.

“Azərbaycan “vaksinin ədalətsiz bölüşdürülməsi” ilə bağlı BMT-də qətnamə layihəsi ilə çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev QŞ -nın İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı deyib:

“Azərbaycan Vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik.  Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alırdı. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaqdı.

Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etdi. Azərbaycan Prezudenti QŞ İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini vaksinlərin ədalətli paylanması təşəbbüsü dəstəkləməyə dəvət etdi”. 

Politoloq bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkatın beynəlxalq nüfuzunu, qlobal proseslərə təsirini gücləndirdi.  Son iki ildə Qoşulmama Hərəkatı üzvlərinin maraqlarının  ifadə olunması üçün , beynəlxalq hüququn və ədalətin müdafiəsi üçün Azərbaycanın göstərdiyi səylər qlobal səviyyədə sülh və stabilliyə verilmiş töhfə olaraq qəbul edilir.

“Pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan vəziyyətə çevik və adekvat reaksiya verərək sədrliyini müvəffəqiyyətlə həyata keçirdi, vaksinlərin dünya üzrə ədalətli paylanmasında , pandemiyada müxtəlif regionların marağının özləri olmadan belə təmsil olunması hərəkat üzvlərini Azərbaycana növbəti dəfə sədrlik etmək təklifinə rəvac verdi.  Öz növbəmizdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təşviqi təşəbbüslərində biz Qoşulmama Hərəkatının sədrlik imkanlarından geniş istifadə edir. Bunların ən vacibi isə 44 günlük Vətən müharibəsində atılan addımlar oldu”.

Siyasət rubrikasından digər xəbərlər