“Ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tövsiyəsinə və tapşırığına uyğun olaraq Azərbaycan Ordusu Türkiyə modelinə keçir. Bu istiqamətdə xeyli addımlar atılıb. Müxtəlif qoşun növləri üzrə həm Türkiyədə, həm də Azərbaycanda birgə təlimlər keçirilir. Təbii ki, Prezidentin son müsahibəsində bu nüanslar öz əksini tapmaqla yanaşı, mühüm mesajlarını verdi”.
Bunu hafta.az-a hərbi ekspert Emin Həsənli Ordu quruculuğu və bu prosesdə Azərbaycanın dost ölkələrin təcrübəsindən istifadə etməklə, eyni zamanda dünyanın boş qalan silah bazarında öz yerini alması ilə bağlı görülən işlərə yanaşmasında bildirib.
Elspert qeyd edib ki, Türkiyə ilə Azərbaycan qardaş dövlətdir və bütün sahələr üzrə geniş əməkdaşlığımız var.
“Şuşa Bəyannaməsindən sonra bu münasibətlər ən yüksək səviyyəyə qalxıb. Eləcə də silahlı qüvvələr sahəsində də əməkdaşlıqlar genişlənib.
Türkiyə öz ordusunu özünün hərbi müdafiə müdafiə sənayesi hesabına təmin edir. Türkiyənin Hərbi Müdafiə Sənayesi xeyli yüksəlib. Belə ki, hava hücumundan müdafiə sistemləri, quru qoşunları, dəniz qüvvələri 20 faiz təminatdan 80 faizə qalxıb. Azərbaycan qardaş ölkə ilə müttəfiq ölkə kimi bu istiqamətdə də müsbət addımlar atır. Azərbaycanın müdafiə sənayesi var və çalışır ki, öz ordusunu təmin etsin və silahını dünya bazarına çıxara bilsin. Türkiyə ilə bu istiqamətdə birgə işlərin həyata keçirilməsi təqdirəlayiqdir. Azərbaycan bundan özünün dövlət, milli maraqları yaralanır”.
E.Həsənli qeyd edib ki, Türkiyə Ordusu ilə Azərbaycan ordusu bir ordu sisteminə keçidə başlayır.
“Bir milət, iki dövlət, tək ordu. Yəni lazım olan zaman Azərbaycan ordusu Türkiyə Ordusunun yanında, Türkiyə ordusu Azərbaycanın yanında olub müstəqilliyi uğrunda döyüşəcəkdir”.