Azərbaycan və Ukrayna XİN rəhbərləri görüşüb

17:37 24.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında görüş keçirilib.

Hafta.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində sentyabrın 24-də görüşüblər.

Nazirlər Azərbaycan və Ukrayna arasında münasibətlərin siyasi, iqtisadi, enerji, mədəni və humanitar aspektlərini müzakirə ediblər.

Məlumatda bildirilib ki, görüşdə, həmçinin, regionda mövcud vəziyyət və Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.