Azərbaycanda ata yeniyetmə oğlunu döyüb xəstəxanalıq etdi

18:08 27.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunda kişi öz oğluna xəsarət yetirib.

Hafta.az-ın məlumatına görə, rayonun Cəlilli kənd sakini 1988-cu il təvəllüdlü Şahin Mustafayev ağac parçası ilə oğluna xəsarət yetirib. 

Yeniyetmə döyüldüyü və sol dirsək sümüyü sındığı üçün xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Oxunma sayı 2861