Azərbaycanda koronavirusdan ölən jurnalistlərin sayı

15:35 10.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ildə 288 jurnalist koronavirusa yoluxub. 2020-ci ildə isə bu göstərici 117 olmuşdu.

Hafta.az-ın məlumatına görə, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının illik hesabatında deyilir.

Bununla da 2020 və 2021-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb. COVID-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb.

Tibbi Ərazi Birliklərinin İdarəetmə Birliyi (TƏBİB) Mətbuat Şurasının müraciətini nəzərə alaraq, jurnalistlər üçün növbədənkənar peyvəndləmə kampaniyasını təşkil edib. Kampaniya çərçivəsində 800-dən çox jurnalistə növbədənkənar peyvəndləmə həyata keçirilib.

Oxunma sayı 30