Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb - Təyyar Eyvazov

15:25 20.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb.

Hafta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, amma bu halın aşkarlanması istisna edilmir.

"Əgər kimsə bundan şübhə edirsə, dərisində əlamətlər varsa, özünü təcrid etməli və həkimə müraciət olunmalıdır", - deyə ekspert qeyd edib.