Azərbaycanda ölənlərin sayı azalıb

16:25 14.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il ölkədə 60150 ölüm halı qeydə alınıb 

 

Bu barədə hafta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Beləliklə, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.

 

Qeyd edilib ki, ölənlərin 3156 nəfəri (5,2 faizi) 0-17 yaşda, 6342 nəfəri (10,6 faizi) 18-49 yaşda, 15655 nəfəri (26,0 faizi) 50-64 yaşda, 34997 nəfəri (58,2 faizi) isə 65 və yuxarı yaşda olub.