Azərbaycanda QİÇS-dən ölüm halları 2 dəfə azalıb

16:58 01.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bir il ərzində dünyada və bizdə İİV-ə yoluxub, dünyasını dəyişən insanların sayında azalma müşahidə olunub”.

 

Hafta.az xəbər verir ki, bunu Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib.

 

“Dünyada ölümlə bağlı göstəricilər azalıb. 2010 -cu illə 2020-ci ili müqayisə etsək, görərik ki, ölüm hallarında qadınlar və qızlarda 53 faiz, kişilərdə isə 41 faiz azalma müşahidə edilir”.

 

Onun sözlərinə görə, Azərbaycanda 2018 -ci ildə İİV-ə yoluxub dünyasını dəyişən insanlar arasında 2 dəfəyə qədər azalma var.

Oxunma sayı 109