Azərbaycanda şagird məktəbdə bıçaqlandı

11:29 12.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzən rayonunda orta məktəbdə bıçaqlanma olub.

 

Hafta.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə Siyəzən şəhər 1 saylı orta məktəbdə baş verib.

 

Həmin məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. 

 

Hadisəni törədən 9-cu sinif şagirdi saxlanılıb.