Azərbaycanda son sutkada koronavirusla bağlı 5263 test edilib

22:38 19.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son 24 saatda Azərbaycanda koronavirusla bağlı edilən testlərin sayı 5263 olub.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, ümumilikdə ölkədə edilən testlərin sayı 95747-dir.

Qeyd edək ki, ölkədə yeni yoluxma sayı 25 olub, 1 nəfər ölüb. Ümumilikdə virusa yoluxanların sayı 1398, ölənlərin sayı 19, sağalanların sayı 712-dir. Hazırda müalicəsi davam edən xəstələrin sayı 667, reanimasiyada olanların sayı 15, süni tənəffüs cihazında olanların sayı isə 4-dür.