Azərbaycanda yeni tələbə yataqxanası istifadəyə veriləcək

17:37 02.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yeni tikilmiş tələbə yataqxanası istifadəyə veriləcək.

Hafta.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında qeyd olunub.

Belə ki, 2020-2021 tədris ili üçün Azərbaycan Milli Konservatoriyasının yeni tikilmiş yataqxana binasının istifadəyə verilməsi planlaşdırılır.

Eyni zamanda, bəzi ali təhsil müəssisələri də mövcud yataqxanalarında müəyyən işlər görməkdədir.