Azərbaycanın İT imkanları koronavirus testindən keçə bilirmi?

14:44 17.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dünyada baş qaldıran virus təhklükə qorxusu insanların uzaqdan idarəetmə sistemlərinə olan ehtiyacını daha çox qabarmış oldu. Azərbaycandan da virtual idarəetmə sisteminə zərurət yarandı. Həm təhsil, həm biznes sahələrində virtual iş mexanizmi tətbiq olunmağa başlayıb.

Maraqlıdır rəqəmsəl platformaya kütləvi keçid edilirsə, bu gün ölkədə informasiya texnologiyalarının inkişafı və əlçatanlığı, İT bilikləri hansı səviyyədədir?

Mövzunu hafta.az-a şərh edən Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz hesab edir ki, hər bir dövlət qrumunda uzaqdan idarəetmə üçün imkanlar təkmilləşdirilməlidir:

“Birincisi virtual idarəetmə internet platformasının üzərindən aparılır. İnternet nə dərəcədə əlçatan, nə dərəcə də inkişaf edib məsələsi önəmlidir. Bundan əlavə virtual idarəetmə sistemində insanların İT biliklərinin yetərli olması da əsas foktorlardan biri olduğunu deyə bilərik. Hesab edirəm ki, bizim dövlət qrumlarında son dövrlərdə rəqəmsallaşma sürətlə inkişaf edib. Dövlət qrumlarının özünün ayrıca rəqəmsal aparatlarla təchic olunmuş otaqları var. Elə qrumlar vardır ki, orada zəifdir. İnternet platforması ilə bağlı problem ola bilər. Kəndlərdə yaşayan məmurlar var. Onlar mərkəzlərlə virtual əlaqə qurmaq üçün problemlər yaşayırlar. İnternetin keyfiyyətinə cavabdeh şəxslər xüsusi diqqət yetirməldirlər".

O. Gündüz internetin keyfiyyət və qiyməti ilə bağlı son çağırış deputatların səsləndiridiyi fikirə də münasibət bildirdi. Ekspert hesab edir ki, ümümi yanaşdıqda ölkədə  internetin keyfiyyəti ilə qiyməti arasında uyğunsuzluq var: “Beynəlxalq qurumlar da göstərir ki, keyfiyyət aşağıdır, qiymətlər isə bahadır. Ümümi bir problemimizdir. Iniki halda dövlət provayderləri güzəştlər etməlidirlər. Tələbəyə, şagirdə indi daha çox internet lazımdır. Indiki vəziyyət forsmajordur. Provayderlər daha çox güzəştlər, paketlər təqdim etməlidirlər. Müvafiq qurumlar internetin keyfiyyət məsələsini diqqətdə saxlamalıdır”.