Azərbaycanın erməni təxribatlarını sonlandırmağının vaxtı çatıb – Hərbi ekspert

15:13 05.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin Ermənistana məxsus olduğunu hər zaman bəyan edib.

Bu fikirləri hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev bildirib.

O, qeyd edir ki, sonuncu əməliyyatda Ermənistanın Azərbaycana yalvarması, xüsusən Qırmızı Xaç Cəmiyyətinin köməyi ilə erməni hərbçilərinin meyitlərinin aparılıb Ermənistanda dəfn olunması onu göstərir ki, buradakı erməni birləşmələrinin hamısı Ermənistana aiddir.

“Ermənistanın baş naziri etiraf etdi ki, 2020-ci ilin 10 noyabrında kapitulyasiyaya imza atmasaydılar, 20 minə yaxın qoşun mühasirəyə düşüb məhv ediləcəkdi. Məhv edilməsin deyə, üçtərəfli bəyanata razılıq verib və ordusunu xilas edib.

Bu da o deməkdir ki, erməni qeyri-qanuni birləşmələrinin qalıqları Qarabağdadır.

Ekspert qeyd edir ki, antiterror əməliyyatları dördgünlük müharibə və üçtərəfli bəyanatdan sonra aktual olaraq qalır.  “Ermənilər zaman-zaman siyasi dialoqlarda vaxtı uzadırlar. Lakin durumlar antiterror əməliyyatlarının keçirilməsini zəruri edir. Son vaxtlarda sərhəddə əsgərimizin yaralanması ilə nəticələnən hadisə, siyasi iradəmizin limitini bitirmiş oldu. Prezident komando briqadalarının yaradılması ilə bağlı çıxışında növbəti antiterror əməliyyatlarına təhrik edildiyimizi vurğuladı. Artıq təxribatlarn cavabı çox gecikməyəcək. Antiterror əməliyyatlarının keçirilməsi nöqtə zərbələri ilə idarəetmə məntəqələrinin, hərbi hissələrin qərargahlarının, zirehli texnikaların, şəxsi heyətin sıradan çıxarılması ilə nəticələnə bilər. Bunun mülki əhali ilə heç bir əlaqəsi olmayacaq. Azərbaycanda ağıllı silahlar, xüsusən də pilotsuz uçuş aparatlarnın döyüşdə tətbiqini 44 günlük müharibədə gördük. Ermənilər bunu etnik, soyqırımla bağlamaq istəsələr də, beynəlxalq institutlar bunu əllərində bayraq etməyə çalışsalar da, heç bir əsası yoxdur.  44 günlük müharibədə mülki əhaliyə toxunmadan əlisilahlı terrorçu, qeyri-qanuni silahlı birləşmələrlə müharibə təcrübəmiz var. Azərbaycanın erməni təxribatlarını sonlandırmağının vaxtı çatıb”.

Siyasət rubrikasından digər xəbərlər