Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir - Ekspert

19:19 05.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan və Türkiyənin birgə hərbi təlimlər keçirməsi Şuşa Bəyannaməsindən sonra iki qardaş ölkənin hərbi müttəfiq olaraq bir-birinin təhlükəsziliyinin qarantı rolunda çıxış etdiyini göstərir. Regionda artan gərginliklər fonunda, eləcə də İranın Azərbaycanla sərhəddə “əzələ” nümayişi müstəvisində Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının genişləndirilməsi bizə qarşı çıxış edən yağılara, eləcə də maraqlı güclərə qarşı bir mesajdır”.

Bunu hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev Türkiyə-Azərbaycan hərbi qüvvələrinin Azərbaycanın cənub sərhədlərində - Cəbrayıl, Astara və Bakıda keçirdiyi birgə hərbi təlimləri şərh edərkən söyləyib. Onun fikrincə, bu təlimlər ərəfəsində Türkiyə müdafiə nazirinin Azərbaycana səfəri birgə təlimlərə xüsusi çəki və ağırlıq qatır. 

E.Şıxəliyev bildirib ki, Türkiyə-Azərbaycan silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən birgə taktiki təlimlər Şuşa Bəyannaməsindən sonrakı mərhələdə iki ölkənin silahlı qüvvələrinin fəaliyyətinin bərabər koordinasiyası kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi, Türkiyənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir.  

“Bu, eyni zamanda İranın Azərbaycana qarşı təhdidlərini, təzyiqlərini Araz çayı üzərindən yayımlayan təlimlərinə bir cavab olaraq da dəyərləndirilməlidir.  Təlimlərin Bakıda, Astarada, Cəbrayılda, İmişlidə keçirilməsi İrandan bizə yönələn təhdid və təhlükələrdən çəkinmədiyimizi və cavab olaraq Azərbaycanın əks təsir imkanlarından istifadə edəcəyi anlamında verilən mesajdır. Ona görə də bütün silahlı qüvvələrimizin, Türkiyə siahlı qüvvələri ilə bərabər təlimlər keçirməsi, “İran təhdid yağdırarkən qarşısında yalnız Azərbaycan silahlı qüvvələrini görməməlidir”- anlamını daşıyır. İran və onun kimi mövqedə olanlar Şuşa Bəyannaməsindən sonra bilməlidirlər ki, bizim qarşılıqlı anlaşmamız var və İran Azərbaycana qarşı təhdidlər yağdırıb, təhlükə törədəcəksə yanımızda NATO ordusu olan, dünyanın 14-cü hərbi gücü olaraq qiymətləndirilən Türkiyə Silahlı Qüvvələrini görəcək. İran öz təhdid və regiona təhlükə ritorikası ilə apardığı informasiya müharibəsindən əl çəkməlidir. İran Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan qarşısında tələblərini nəzərə almalıdır”.

Oxunma sayı 2161
Gündəm rubrikasından digər xəbərlər