Azərbaycanlı ABŞ-da mükafatlandırıldı

14:37 18.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafatla təltif olunub.

Hafta.az xəbər verir ki, ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında yerli ABC7 telekanalı süjet hazırlayıb.

Sujetdə cinayətkarın hazırladığı terror planından və F.Məmmədovun həmin planı alt-üst edən qəhrəmanlığından bəhs olunur. Belə ki, F.Məmmədov iyulun 9-da gecə yarısı müşahidə kamerasında gördüyü terrorçu haqqında 911-ə zəng edərək ABŞ polisinə məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşları avtomobilində müxtəlif markalı tüfənglər, tapança, əl qumbaraları, narkotik vasitələr gizlədərək kütləvi atəş planı hazırlayan təhlükəli cinayətkarı ələ keçirib. Fərrux Məmmədovun zəngi yüzlərlə insanın həyatını xilas edib.

Kempbell Şəhər Polis İdarəsi həmyerlimizə təşəkkür edib. 

Oxunma sayı 26