Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan Dillər Universitetinin Rumıniya Mərkəzində Beynəlxalq Əlaqələr sahəsində təhsil alan tələbələrlə rumıniyalı diplomatlar aarsında tədbir keçirilib.

Bu barədə Hafta.az-a Rumıniya Mərkəzinin direktoru Jozefina Blazsani Botto məlumat verib. Xanım Botto deyib ki, bu dəfəki görüşdə beynəlxalq məsələlər üzrə təhsil alan tələbələrin rumıniyalı diplomatlarla ilk dəfə görüşüb təmas qurmaq şansları olub.

"Ənənəvi milli mədəniyyət üzrə mütəxəssis olan rumıniyalı ekspert Nikoleta Zagura Mərkəzimizdə rumın dilini öyrənən tələbələrlə görüşüb, söhbətləşib, azərbaycanlı tələbələrə rumın xalqının qədim və zəngin milli mədəniyyətindən, adət-ənənələrindən söz açıb", - deyib xanım Botto.

Daha sonra Rumıniyanın Azərbaycandakı səfiri Vasil Soare çıxış edərək tələbələrlə Rumıniyanın tarixi haqqında məlumatlar verib.