“Azərenerji” ASC-nin Prezidentinə şiddətli töhmət verilib

15:08 05.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.