“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

17:32 24.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəriqaz” İstehsalat Birliyinin (İB) inzibati binasında növbəti “Açıq qapı” aksiyası avqustun 25-də saat 11:00-da başlayacaq.

İB-nin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Qeyd edək ki, hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları bu tədbirə dəvətlidir.