“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyasi keçiriləcək

17:46 13.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

İB-dən hafta.az-a verilən məlumata görə, 14 iyul saat 11:00-da növbəti aksiya paytaxtın Xəzər rayonunda (Mərdəkan qəsəbəsi, Veteranlar Parkı), 15 iyul saat 11:00-da isə Abşeron rayonunda (Xırdalan şəhəri, Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.