Yazını böyüt
Yazını kiçilt
Yanvarda Azərkosmos tərəfindən dünyanın 29 ölkəsinə 2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Hafta.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadla bildirir ki, Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizidir.
Peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq (0,5 milyon ABŞ dolları), ABŞ (0,4 milyon ABŞ dolları), Fransa (0,4 milyon ABŞ dolları), BƏƏ (0,2 milyon ABŞ dolları) və Pakistan (0,1 milyon ABŞ dolları) qərarlaşıb.