Bakcell-in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir

17:00 30.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkənin ən böyük özəl operatoru olan Bakcell “InMerge İnnovasiya Sammiti”nin “Sürət və Telekom partnyoru” olaraq bir daha innovasiyalara öz dəstəyini göstərib.

Hafta.az xəbər verir ki, 30 noyabr - 1 dekabr 2023-cü il tarixlərini əhatə edən regionun ən böyük sammiti Bakı Konqres Mərkəzində “PAŞA Holdinq”in təşkilatçılığı, Bakcell şirkətinin aparıcı sponsorluğu ilə ilk günü geridə qoyub. İnnovasiya və yüksək texnoloji yeniliklərə sarsılmaz dəstəyi ilə tanınan Bakcell artıq 3-cü ildir ki, innovasiya tədbirlərinə sponsor olaraq öz dinamik rolunu qoruyur.

Sammitin məqsədi texnologiya sahəsində aparıcı liderləri, şirkətləri, eləcə də innovasiya yönümlü startapları bir araya toplamaq, regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir. Tədbirin ilk günü telekommunikasiya vertikalında Bakcell-in Baş icraçı direktoru Klaus Müller öz bilik və təcrübəsini auditoriya ilə bölüşüb, iştirakçılarla faydalı fikir mübadiləsi aparıb.

“Telekommunikasiya sektorunda daim innovativ həllərlə fərqlənən bir şirkət kimi bu tədbirin “Sürət və Telekom partnyoru” olmaqdan qürur duyuruq. Ötən müddət ərzində ən müasir səs texnologiyası olan VoLTE-ni, yenilənmiş Bakcell tətbiqini abunəçilərin ixtiyarına verərək, telekommunikasiya sektorunda ciddi addımlar atmışıq. Uğurlarımızın nəticəsi olaraq 2023-cü ildə Ookla® şirkəti tərəfindən “Speedtest” mükafatına layiq görülərək “Azərbaycanın ən sürətli operatoru” adını almağa layiq görülmüşük. Bakcell olaraq qarşıdakı dövrdə ən qabaqcıl texnologiyaların ölkəyə gətirilməsində genişmiqyaslı fəaliyyətimizi daha da gücləndirəcəyik.” - deyə Klaus Müller bildirib.

Ölkənin dörd bir yanında “Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Oxunma sayı 135