Bakı-Antalya reysi ilə uçan təyyarə texniki səbəbdən geri qayıdıb

09:21 26.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

QSC-nin Mətbuat xidmətindən hafta.az-a bildirilib ki, təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.