Bakı məktəblərində koronavirusa yoluxma ilə bağlı son durum açıqlanıb

14:28 12.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bakı məktəblərində koronavirusa yoluxma ilə bağlı vəziyyət demək olar ki, stabildir".

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, təxminən 10-a yaxın məktəb distant təhsilə keçir və yenidən qayıdır: "Vəziyyət nəzarət altındadır və lokal olaraq məsələni tənzimləməyə çalışırıq".